Ru
12:52 / 16 Yanvar 2020

Bakıda yük maşını nazirlik əməkdaşını vurub öldürdü - TƏFƏRRÜAT

4780
Yanvarın 13-də axşam saatlarında Xəzər rayonu Binə qəsəbəsində baş vermiş ağır yol nəqliyyat-hadisəsi nəticəsində vəfat edən şəxsin Ədliyyə Nazirliyinin əməkdaşı olduğu ortaya çıxıb.

Qəsəbədə yerləşən “Rəşad” yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobilinin üzərindən keçdiyi 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin komendantı olub.


Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb.

Bildirilir ki, hadisə M.Ağayev yolun kənarında dayanarkən baş verib. Hadisə nəticəsində onun bədəni hissələrə ayrılıb.

(publika.az)
Şərhlər
  • İlham Süleyman

    " vəfat edən" deyil, "həlak olan" yazılmalıdır.Qeyd: vəfat etmək - öz əcəli ilə ölmək; həlak olmaq - öldürülmək deməkdir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər