Ru
22:59 / 09 Sentyabr 2019

Bakıda zəncirvari qəza

10458
Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Metronun "20 Yanvar" stansiyası istiqamətində yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə o, qarşıda hərəkətdə olan və Anar İbrahimlinin idarə etdiyi digər "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Bu zaman A.İbrahimlinin idarə etdiyi nəqliyyat vasitəsi əvvəlcə "Volkswagen Golf", daha sonra "Volkswagen Passat" markalı minik avtomobillərinə dəyib. Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə isə ciddi ziyan dəyib.

İlkin məlumata görə, hadisə "Mercedes" markalı minik avtomobilinin yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və YPX-nin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.naziri seçilməsi münasibətilə təbrik edib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər