Ru
23:00 / 26 Fevral 2020

Bakıda zəncirvari qəza - 3 nəfər öldü, xəsarət alan var

1958
Bakıda baş verən ağır yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.

BakuPost.az xəbər verir ki, hadisə Qaradağ rayonunda, Xocahəsən qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Əliyev Budaq Səfərəli oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi xəstəxanaya çatdırılıb. Ona kürək və baldır sümüklərinin sınığı diaqnozu qoyulub.


Qeyd edək ki, qəza zamanı həmçinin daha 3 nəfər ölüb.

17:37

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilib ki, 3 avtomobil toqquşub, onlardan biri ərazinin yaxınlığındakı bataqlığa düşüb. Hadisə yerində 2 qadın ölüb. Qəzada xəsarət alan kişi isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər