Ru
09:57 / 11 İyun 2020

Bakıdakı "Formula 1" ləğv edildi? - KİV

6096
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olunub.

Bu barədə məlumatı "f1news.ru" saytı yayıb. Məlumatda qərarın gələn həftə açıqlanacağı qeyd edilib. "Baku City Circuit" artıq bu barədə məlumatlandırılıb.

Azərbaycanla yanaşı, Sinqapur mərhələsi, eləcə də Yaponiya Qran-prisi də ləğv ediləcək. Lakin Rusiya, Vyetnam, ABŞ, Meksika, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki Qran-prilər reallaşacaq.
Təşkilatçılar bu il ən azı 15 mərhələni keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, Qran Pri 5-7 iyunda keçirilməli idi. Lakin dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar bir çox tədbirlər kimi yarış da təxirə salınmışdı.

Yarışın Avropa mərhələlərinin isə tamaşaçısız keçirilməsi nəzərdə tutulur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər