Ru
10:41 / 19 İyun 2020

Bakıdakı taksi sürücülərinə - XƏBƏRDARLIQ

4032
"Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin diqqətinə çatdırırıq ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir. Məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanı məqsədi ilə sui-istifadə hallarının qarşısının alınmasıdır".

"BakuPost"un məlumatına görə, Bakı Nəqliyyat Agentliyi taksi sürənlərə xəbərdarlıq edib. Bundna başqa ictimai nəqliyyatda Koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək.

"Həmçinin, Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə uyğun olmalıdır".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər