Ru
14:28 / 09 Dekabr 2019

Bakıdan Avstraliyaya narkotik göndərmək istədilər

1571
Beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən BakuPost-a verilən məlumata görə, Bakı Karqo Terminalında Azərbaycan Respublikasından Avstraliyaya ünvanlanan poçt bağlamasına kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it reaksiya verdiyi üçün bağlama Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda təkrar yoxlanılıb.


Parçanın daxilinə narkotik vasitəyə oxşar naməlum maddənin hopdurulduğu ehtimal olunduğuna görə, poçt bağlaması araşdırma məqsədilə saxlanılıb. Təkrar yoxlama nəticəsində parçaya hopdurulan maddənin 3 kq 154 qram çəkidə tiryək olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər