Ru
09:13 / 26 May 2021

Bakının bu yollarında tıxac var - SİYAHI

6824
Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

BNA-dan Bakupost.az -a verilən məlumata görə, sıxlıq olan küçə və prospektlərdə ekspress və müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var. Hərəkət intervalında gecikmələr müşahidə edilir.

Sıxlıq olan ərazilər:

Ziya Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Bakı Olimpiya Stadionundan başlayaraq Atatürk prospekti ilə kəsişməyədək;

Heydər Əliyev prospekti - Mərkəz istiqamətində əsas və köməkçi yolda sıxlıq;

8 noyabr prospekti - Mərkəz istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyədək sıxlıq;

A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində Tbilisi prospekti ilə kəsişmədən körpünün üzərindən başlayaraq tunelədək sıxlıq;

Yusif Səfərov küçəsi - Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

Aeroport şossesi - Mərkəz istiqamətində Ramana körpüsündən başlayaraq Sabunçu körpüsünədək sıxlıq;

Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Mərkəzi bankın qarşısınadək sıxlıq;

Moskva prospekti - 20 yanvar dairəsi istiqamətində Avtovağzalın qarşısınadək sıxlıq.
Bakının bu yollarında tıxac var -  SİYAHI
Bakının bu yollarında tıxac var -  SİYAHI
Bakının bu yollarında tıxac var -  SİYAHI
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər