Ru
13:37 / 03 İyul 2020

Bakının ən böyük yollarından biri bağlanır - XƏRİTƏ

4144
Z.Bünyadov prospektinin bir hissəsində hərəkət 2 günlük qismən məhdudlaşdırılır.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq 04 və 05 iyun tarixlərində Ziya Bünyadov prospektinin “3-cü mikrorayon” dairəsi üzərindən küçən yol ötürücüsünə “20 yanvar” dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər