Ru
09:25 / 14 Noyabr 2025

Bakının qəsəbəsində işıqlar kəsiləcək – Təmir gedir

Bakının qəsəbəsində işıqlar kəsiləcək – Təmir gedir
Eye

Biləcəridə bir sıra ərazilərdə yenidənqurma və təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bakupost.az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 14 noyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyadan qidalanan Transformator Məntəqəsində (TM) yenidənqurma və təmir-təftiş işləri aparılacaq.

Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 10:30-dan 15:00-dək Biləcəri qəsəbəsi M. Aslanov, L. Tolstoy küçələri, Mərəzə qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar