Ru
23:47 / 17 May 2021

Bakının sərt müdaxiləsinə ehtiyac yoxdur - Sadıqov

1551
Azərbaycanlılarla gürcüləri qarşı-qarşıya qoymaq ermənilərin çoxdankı arzusuı olub.

Bu fikirləri Bakupost.az -a açıqlamasında politoloq Fikrət Sadıqov Dmanisidə svanların yerli azərbaycanlılara hücumuna münasibət bildirərkən deyib. Politoloq hesab edir ki, məsələ genişmiqyaslı münaqişəyə çevrilə bilməz:



“Artıq Gürcüstan hakimiyyəti addımlar atır. Əlimizdən gələni etməliyik ki, münaqişə alovlanmasın. Təxribata səbəb olan əli axtarmaq lazımdır”.

Politoloq bildirib ki, Azərbaycanın məsələyə sərt müdaxiləsinə heç bir ehtiyac yoxdur:

“Sağlam düşüncəli yanaşmalar belə münaqişənin alovlanmasının qarşısını alcaq. Gürcüstan bizim yaxın partnyorumuzdur, dost ölkədir. Bir sıra məsələlərdə mövqeyimiz üst-üstə düşür və bu problemin də qısa müddətdə aradan qalxacağına inanıram”.

Qeyd edək ki, tərəflər arasında barışıq əldə edilsə də, Gürcüstan daxili işlər nazirinin saxlanılanların həbs edilməyəcəyini, izahatları alınandan sonra buraxılacağını bildirməsi birmənalı qarşılanmayıb. Buna baxmayaraq, istintaq davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər