Ru
15:30 / 14 Noyabr 2025

Balta ilə öldürülən qadın vəzifəli imiş – FOTO

Balta ilə öldürülən qadın vəzifəli imiş – FOTO
Eye

Noyabrın 10-da əri tərəfindən balta ilə öldürülən 1965-ci il təvəllüdlü Nərminə Bədəlova vəzifəli şəxs imiş.

Bakupost.az xəbər verir ki, N.Bədəlova əvvəllər Şuşa Şəhər İcra Hakimiyyətinin baş mühasibi vəzifəsində çalışıb. Daha sonra “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” və “Qarabağa dönüş” İctimai birliklərinin baş mühasibi olaraq işləyib.

O, həyat yoldaşı Yaşar Bədəlovdan boşansa da, bir evdə yaşayırmışlar.

Xatırladaq ki, paytaxtın Binəqədi qəsəbəsində 69 yaşlı Yaşar Bədəlov yaşadığı mənzildə ailə münaqişəsi zəminində həyat yoldaşı, 60 yaşlı Nərminə Bədəlovanı balta ilə qətlə yetirdikdən sonra özünü asıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

N.Bədəlovanın işlədiyi yerlərlə bağlı ilk məlumatı “Yeni Sabah” yayıb.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar