11:15 / 18 Noyabr 2021

Bank kartlarından oğurlanan pullar: necə baş verir, nə etməli? - Ekspert

2556
Son zamanlar onlayn fırıldaqçılıq yolu ilə bank kartlarından pulların oğurlandması ilə bağlı şikayətlərin sayı sürətlə artır.

Bu halların qarısını almaq niyə bu qədər çətindir? Günah vətəndaşdadır, yoxsa bankda?

Məsələ ilə bağlı bank eksperti Əkrəm Həsənov Bakupost.az -a bildirib ki, vətəndaşların məlumatsızlığı və sadəlövhlüyü bu cinayətlə məşğul olanların əl-qolunu açır:



“Vətəndaşların kartlarından vəsaitin oğurlanmasının bir neçə səbəbi ola bilər. Əksər hallarda vətəndaşların öz günahı ucbatından olur. Onlara telefonla kimsə zəng edir, bank kartının rekvizitlərini soruşur, guya ki, bankdan zəng ediblər. Vətəndaş da inanır və kartının rekvizitləri, onun ön və arxa tərəfində olan nömrələri, digər məlumatları verir. Belə olanda da kartından bu yolla pul çıxarılır”.

Ekspert qeyd edib ki, vətəndaşlar ilk növbədə bilməlidir ki, kart məlumatlarını xüsusən də telefonla heç kimə verməməlidirlər:

“Bank heç vaxt telefonla zəng edib belə şeyləri soruşmaz. İkinci hal bankın informasiya təhlükəsizliyi sisteminin zəif olması və hakkerlərin vəsaitləri bu yollarla vətəndaşların kartından oğurlaya bilməsidir.


Bu halda vətəndaş nə etməlidir? Vətəndaş mütləq banklarımızda mövcud olan “sms” məlumat sisteminə qoşulmalıdılar ki, kartlarından vəsait çıxan kimi onlara bildiriş sms gəlsin ki, onlar dərhal tədbir görə bilsinlər.

Bəzən hətta banklarımızda “sms” bildirişin gəlməsində problem yaranır. Bu da təbii ki, bankın günahıdır. Vətəndaş elə olduğu halda banka qarşı iddia qaldıra bilər. Çünki həmin bankın “sms” bildiriş sisteminə qoşulduğu halda hesabından pul çıxarılanda vətəndaşa heç bir sms gəlməyib. Belə hallarda cinayətkarı tapmaq çox çətindir, çünki bir qayda olaraq cinayətkarlar bunu xaricdən edirlər.

Hər bir halda əgər o adamı müəyyən etmək olsa, burada iki cinayət tərkibi müəyyən olunur. Birincisi bank sirri olan məlumatların ələ keçirilməsi, ikincisi isə oğurluq. Ən azı 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası var. Amma xüsusi hallarda söhbət külli miqdarda vəsaitdən getdiikdə, mütəşəkkil dəstə olduqda hətta 14 ilədək də həbs ola bilər. Dediyim kimi burada xüsusi hallar olmalıdır”.

Fəridə Söhrabqızı
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər