“Barselona” yeni baş məşqçisini seçdi

  • 14 Yan 2020 09:00
  • 5772 Baxış
“Barselona” yeni baş məşqçisini seçdi



İspaniyanın “Barselona” futbol klubunun yeni baş məşqçisi məlum olub.

BakuPost xəbər verir ki, Katalon təmsilçisinin sükanı ispaniyalı mütəxəssis Kike Setienə həvalə olunub. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, 62 yaşlı Kike bundan əvvəl “Betis” klubunu çalışdırıb.



X