Ru
21:01 / 16 Sentyabr 2019

"Barselona"nın müdafiəçisinin evi qarət olundu

1399
"Barselona"nın futbolçusu Samuel Umtitinin evi qarət olunub.

BakuPost-un xarici mediaya istinadən məlumatına görə, sentyabrın 14-də Kataloniya klubu La Liqanın 4-cü turunda "Valensiya" ilə (5:2) qarşılaşıb. Fransalı müdafiəçi matçda iştirak etməsə də, stadionda olub. Həmin gün oğurluq hadisəsi ilə bağlı Umtitinin qonşuları polisə məlumat veriblər. Futbolçunun evinə gedən polislər orada boş seyf aşkarlayıblar.

Qeyd edək ki, bir müddət əvvəl "Barselona"nın futbolçusu Jordi Albanın da evi qarət olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər