Ru
09:42 / 27 Noyabr 2020

"Barselona"nın stadionuna Messinin adı verilə bilər

1383
İspaniyanın "Barselona" futbol klubunun prezidenti vəzifəsinə namizədlərdən biri Emili Russo, prezident seçiləcəyi təqdirdə "Kamp Nou" stadionunun adını argentinalı hücumçu Lionel Messinin şərəfinə dəyişdirməyi planlaşdırır.

"TASS"ım verdiyi məlumata görə, bununla əlaqədar referendum keçiriləcək və stadiona "Kamp Nou Leo Messi" adı veriləcək.

Xatırladaq ki, avqust ayında L.Messi klub rəhbərliyi ilə münaqişədən sonra "Barselona"nı tərk etmək istəyirdi. Daha sonra "Barselona" ilə hüquqi mübahisəyə girməmək üçün və ailəsinin Kataloniyada qalmaq istəməsi ilə əlaqədar klubda qalmaq barədə qərar qəbul etdiyini bildirmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər