Ru
11:13 / 09 Sentyabr 2019

Baş məşqçi Ermənistana məğlubiyyətdən sonra istefa verdi

3749

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasında tutduğu baş məşqçi postundan istefa verib.


BakuPost xarici mediaya istinadla xəbər verir ki, buna səbəb komandanın "AVRO-2020"nin seçmə mərhələsində Ermənistanla matçında 2:4 hesablı məğlubiyyətlə üzləşməsi olub. O, istefasından danışarkən bunları deyib:

“Hamı ilə bu barədə danışdıqdan sonra qərara gəldim ki, artıq getmək vaxtıdır. Komandaya baş məşqçi kimi gələndə düşünürdüm ki, bu qrupdan yaxşı xalla çıxa biləcəyik. Bu gündən bu yığmada baş məşqçi postunda deyiləm”.

Qeyd edək ki, hazırda Bosniya və Herseqovina millisi J qrupunda 7 xalla 4-cü pillədə qərarlaşıb. Ermənistan millisi isə 9 xalla 3-cü sıradadır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər