Baş nazir: "ÜGT ilə əməkdaşlığımız yüksək səviyyədədir"

224
Bakıda təşkil olunan Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları Konfransı və Sərgisində ("WCO IT/TI Conference & Exhibition”) sərhəd idarəçiliyinin, beynəlxalq ticarətin təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsi kimi vacib məsələlər müzakirə olunacaq.

Bunu konfransın açılışında çıxış edən Azərbaycanın Baş nazir Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq edir.

" Ümumdünya Gömrük Təşkilatının potensialının gücləndirilməsi üzrə Avropa regional ofisinin ölkəmizin paytaxtında yerləşməsi, eləcə də Azərbaycanın ÜGT-nin Avropa regionu üzrə sədr müavini vəzifəsinə seçilməsi əməkdaşlığımızın yüksək səviyyəsində olduğunu göstərir", - deyə N. Məmmədov qeyd edib.

O həmçinin əlavə edib ki, ÜGT-nin bu mötəbər tədbirinin Bakıda keçirilməsi təqdirəlayiq haldır. Bakı son illər mədəniyyət, sivilizasiya arası dialoq, idman, energetika, nəqliyyat və digər müxtəlif sahələrdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir.

"Buna görə də bu konfransın Bakıda keçirilməsi ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etməsindəki qazandığı etimadın göstəricisidir", - deyə Baş nazir qeyd edib. (apa)

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər