Baş redaktor Aslan İsmayılovu debata çağırdı

1152
 
"Aslan İsmayılovu debata dəvət edirəm, onunla cəmiyyətin gözü önündə polemika aparmağı Azərbaycan davası müstəvisində özümə borc hesab edirəm".

Bakupost.az-ın məlumatına görə, bunu Aznyus.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlı Feysbukda yazıb.

Baş redaktor bildirib ki, Aslan İsmayılov az qala özünün bütün çıxışlarında "hakimiyyət məni təxribata çəkmək istəyir” sayaq patoloji bəyanatlar verir:

"İqtidara və müxalifətə məsafəsindən asılı olmayaraq, istənilən TV resursda Vəkillər Kollegiyasından xaric edilmiş Aslan İsmayılovla debata çıxmağı Azərbaycan davası müstəvisində özümə borc hesab edirəm.

Hansı onlayn kanal bu polemikanın təşkilatçılığını boynuna götürmək istəyirsə, öz tərəfimdən bəyan edirəm ki, istər ofis çəkilişi, istərsə də internet üzərindən istədikləri zaman təşkil olunacaq debatda iştirak edəcəm. Ayrıca öz tərəfimdən ən yüksək polemika mədəniyyəti sərgiləməyə hazıram. Aslan İsmayılovla əlbəyaxa davaya çıxmayacam, sifətinə su firlatmayacam, təhqiramiz üslub sərgiləməyəcəm. Bunu deməyi ona görə lüzumlu sayıram ki, adam patoloji şəkildə hər çıxışında "məni təxribata çəkmək istəyirlər" deyə hay-küy salır. Təxribata deyil, meydana - polemika meydanına çəkmək istəyirəm! Cəsarəti varsa, buyursun!” – o qeyd edib.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər