13:33 / 09 Oktyabr 2021

Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatdı - YENİLƏNİB

2631

Batumidə çökən binanın dağıntıları altından daha 2 nəfərin meyiti çıxarılıb.


Bakupost.az xəbər verir ki, onlar ana və onun yetkinlik yaşına çatmayan uşağıdır.


Hadisə zamanı ölənlərin sayı 8-ə yüksəlib. Daha 1 nəfərin axtarışları üzrə işlər davam etdirilir.


***

10:38


Batumidə çökmüş binanın dağıntıları altından sağ çıxarılan 36 yaşlı qadın xəstəxanada vəfat edib.


Bakupost.az xəbər verir ki, o, hadisə nəticəsində ağır xəsarət alıbmış.


Xilas edilən daha bir nəfərin müalicəsi davam etdirilir.


Qeyd edək ki, indiyədək 5 nəfərin meyiti tapılıb. Hadisə nəticəsində ölənlərin ümumi sayı 6-ya çatıb.


***

09^31


Batumidə yaşayış binasının çökməsi ilə bağlı aparılan istintaq çərçivəsində 3 nəfər saxlanılıb.


Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmin şəxslərin biri binanın birinci mərtəbəsindəki mənzilin sahibidir.

İstintaqla müəyyən edilib ki, həmin mənzildə təmir işləri aparılıb və təhlükəsizlik qaydaları kobud şəkildə pozulub.

Saxlanılan şəxsləri 2 ildən 10 ilədək həbs gözləyir.

Qeyd edək ki, binanın dağıntıları altından 5 meyit çıxarılıb.

Məlumata əsasən, onlardan biri uşaqdır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər