Ru
12:47 / 21 Yanvar 2021

Bayden hakimiyyəti: ABŞ-a və Azərbaycana nə vəd edir?

4095
Ötən gün ABŞ-ın yeni seçilmiş 46-cı prezidenti Co Baydenin andiçmə mərasimi keçirilib. Bunun ardınca Bayden hakimiyyətinin ilk günündən özündən əvvəlki dövlət başçısı Donald Trampın çox sayda qərarını ləğv edib. Baydenin bundan sonrakı fəaliyyəti bütün dünya üçün maraqlıdır.

Bəs, Co Bayden fəaliyyətini necə davam etdirəcək? Qarşıda duran problemləri həll edə biləcəkmi?

Mövzu ilə bağlı “BakuPost”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, Donald Trampın qoyub getdiyi meyar onun yerinə gələn istənilən şəxsə müsbət imic qazandıra bilər:



“Bayden hazırda Paris İqlim Sazişinə girir, müsəlmanların ölkəyə girişinə qoyulan qadağanı aradan götürür, Amerikanın ətrafına çəpər çəkilməsini ləğv edir, İranla “altılar” sazişinə qayıdır. Bir sözlə, Bayden hələ ki, Trampın səfeh qərarlarının ləğvi ilə məşğuldur. Bununla yanaşı, ABŞ-ın çox ciddi problemləri var. Trampın tərəfdarlarının Konrqesə basqını və bu zaman baş verən ölüm hadisələri Amerika demokratiyasına çox böyük zərbə vurdu, həmçinin Amerikanın imicini ciddi surətdə zədələdi. ABŞ-ın dünya düzənində oynadığı əvvəlki rolu geri qaytarmaq üçün Bayden çox çalışmalı olacaq. Amma çox çalışmaq üçün də bir az cavan olmağı daha yaxşı olardı. Çünki o insan Amerikanın qarşısında duran problemləri daha yaxşı dərk etməlidir, onların həlli üçün konseptual yanaşmalar göstərməlidir. Lakin Bayden 79 yaşındadır və bir neçə xəstəliyi olan insandır. Düzdür, onun kifayət qədər məşhur, təcrübəli komandası var. Eyni zamanda, Obama, Klinton dövründə işləmiş insanları komandasına cəlb edir. Ancaq özünün coşqun fəaliyyət göstərəcəyi müəmmalıdır. ABŞ-da dərin dövlət anlayışı, prezidentin səfeh qanun və qərarlarını bloklayan müəyyən güc mərkəzləri var. Amma bu, hər dəqiqə prezident üzərində nəzarət etmək üçün deyil”.

Politoloq qeyd etdi ki, Bayden hələ 1 il müddətində proseslərə yiyələnməli, ölkənin bütün anatomiyasını, problemlərini, təsərrüfatını mənimsəməlidir: “Bayden elə təsəvvür yaradıb ki, onun haqqında birmənalı, pozitiv proqnozlar vermək çox çətindir. Baydenin adı Ukraynada müəyyən korrupsiya qalmaqallarında hallanır. Belə ki, Baydenin korrupsiya faktlarının ciddi araşdırılmaması hələ də Ukrayna mətbuatında müzakirə edilməkdədir”.



Q.Hüseynli əlavə etdi ki, xristian mənşəli anqlosaksların hamısında anti-islam, anti-müsəlman, anti-türk fobiyası olur: “Bu baxımdan deyə bilmərəm ki, Bayden bu fobiyalardan uzaqdır. Çünki Bayden prezident inaqurasiyasına qədər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi məsələsinə də mənfi münasibət bəsləyib. Həmçinin, Türkiyə qarşı da türk fobiyasını açıq şəkildə car çəkməyi unutmayıb. Baydenin anti-türk mövqeləri, Türkiyəyə qarşı təhdid xarakterli səsləndirdiyi fikirlər məni çox qıcıqlandırıb. Bundan sonra Baydenin Türkiyə ilə münasibətləri necə quracağı, türk və islam dünyasına necə münasibət bəsləməsi çox öməlidir. Ondan sonra bu qoca Bayden - bu qartımış kişi haqqında danışmaq daha asan olacaq”.

Ləman Hüseynzadə
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər