Ru
09:09 / 25 Noyabr 2020

Bayden prezidentliyinin 100 günü ilə bağlı planlarını açıqladı

905
ABŞ-da keçirilmiş prezident seçkilərində öz qələbəsini elan etmiş Co Bayden bildirib ki, ölkə başçısı vəzifəsində ilk 100 günü koronavirusla mübarizəyə və miqrasiya sahəsində islahata həsr edəcək.

Bu barədə NBC məlumat yayıb.

"Mən Senata immiqrantlar haqqında qanunu göndərəcəyəm, hansı ki, qeydiyyatda olmayan 11 milyon insanın vətəndaşlıq almasına yol açacaq", - Bayden telekanala müsahibəsində deyib.

O, bildirib ki, ABŞ-ın hazırkı prezidenti Donald Trampın bəzi fərmanlarını ləğv etmək niyyətindədir. Baydenin fikrincə, bu fərmanlardan bəziləri iqlimə və insanların sağlamlığına zərər vurub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər