Ru
13:11 / 23 Yanvar 2021

Baydenin təhlükəsizliyini təmin edən 200 hərbçidə korona aşkarlandı

1299
ABŞ-ın yeni seçilən prezidenti Cozef Baydenin andiçmə mərasimində təhlükəsizliyi təmin edən Milli Qvardiyanın 200 əməkdaşına COVID-19 diaqnozu qoyulub.

Bunu ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşları “Wall Street Journal”a bildiriblər.

Məlumata görə, virusun kütləvi yayılmasına səbəb hərbçilərin sosial məsafə gözləmədən qeyri-gigiyenik şəraitdə fəaliyyət göstərmələri olub.

Qeyd edək ki, Milli Qvardiya hərbçilərinin Konqresin duracağında yatdıqlarını əks etdirən şəkillər böyük müzakirələrə səbəb olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər