Ru
20:04 / 23 Sentyabr 2019

Bayram günü iki qardaşı qana bələyən 17 yaşlı gənc HAKİM QARŞISINDA

1812
Mingəçevirdə iki qardaşı bıçaqlamaqda təqsirləndirilən 2002-ci il təvəllüdlü Cavidan Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BakuPost-un
APA-ya istinadən məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşad Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, bu il Novruz Bayramı günü baş verib. 2003-cü il təvəllüdlü şəhər sakini Hüseyn İlham oğlu Qasımova bıçaqla ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxsin saxlanılması üçün Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirib. Nəticədə 2002-ci il təvəllüdlü şəhər sakini Cavidan Quliyev saxlanılaraq istintaqa təhvil verilib. O, ilkin dindirilmə zamanı mübahisə zəminində törətdiyi əməli etiraf edib.


Hadisə zamanı Hüseyn Qasımovun qardaşı Zabit Qasımov da xəsarət alıb. Əli yaralanan Zabit Qasımova yerində tibbi yardım göstərilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər