Ru
16:15 / 30 İyul 2020

Bayramda rayonlara kim gedə bilər? - DYP

2320
"Rayon qeydiyyatı olan vətəndaşlar bölgələrə gedərlərsə, onlar yenidən Bakıya buraxılmayacaqlar".

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Kamran Əliyev "BakuPost"a açıqlamasında belə deyib. DYP rəsmisi bildirib ki, karantinin məqsədi təması azaltmaq, yoluxmanı minimuma endirməkdir. "Onlar anlamalıdırlar ki, insanların sağlamlığı təhlükə altında ola bilər.

Hər kəs yaşadığı olduğu yerdə qalmalıdır. Əlbətdə kiminsə işi bağlanıb, qalmağa yeri yoxdursa qeydiyyatda olduğu rayona gedə bilər. Amma onlar bilməlidirlər ki. karantin rejimi bitənə qədər geri qayıda bilməyəcəklər.

Bəziləri düşünməsin ki, ayın 5-dən sonra - sərt karantin rejimi bitərsə paytaxta girişə icazə veriləcək. xeyr. çünki ölkə ərazisində ümumi karantin rejimi avqustun 31-dək davam edəcək".

Qurum rəsmisi Bakı qeydiyyatında olanlara da bayram günlərində ümumiyyətlə paytaxtdan çıxmağa cəhd etməməyi məsləhət görüb. "Onlar ümumiyyətlə gedə bilməzlər. Ən yaxın post 31, ən uzaq isə 65 km aralıdadır. Bu qədər yolu gedib geri qayıdacaqlar".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər