“Bazarstor”da erməni məhsulu - FOTOLAR

  • 20 Sen 2019 12:35
  • 12488 Baxış
 “Bazarstor”da erməni məhsulu -  FOTOLAR

Bakıya üzərində ermənicə yazılar olan şirniyyat gətirən “Nant” firması bu məsələ haqda saytımızda xəbər yayımlandıqdan sonra redaksiyamızla əlaqə saxlayıb.



BakuPost.az xəbər verir ki, firmanın əməkdaşı Axar.az-a açıqlamasında məhsulun üzərində ermənicə yazının olmasının “çox təbii bir hal” olduğunu bildirib və redaksiyanı təhdid edib.



Sayt sözügedən firmanın fəaliyyətinin araşdırılması və olaya hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və Vergilər Nazirliyinə, həmçinin Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərib.



Qeyd edək ki, jurnalist Xalid Kazımlı Bakıda erməni istehsalı olan peçenyenin satılması haqda məlumat yayıb. “Choco Pie” adlanan peçenyenin “Bazarstor”da satıldığı qeyd olunub.



Məsələ ilə bağlı saytımıza açıqlama verən “Bazarstor”un PR və Mareketinq şöbəsinin müdiri Günay Novruzqızı bildirib ki, bu məhsul 3 gün ərzində mağazalardan yığışdırılacaq.


  • Roza Əhmədova
    Bazarstor dan gözləməzdim
  • Günay
    Cammatin başın yasdıga qoyub bilmədk. Sözün işlədməyin mal gətirəndə savadını işə sal oxu ay bazarstorun rəhbəri yoxsa vətən səni maraqlandirmir təki peceniyalar satılsın səndə birazda varlan
  • Alik memmedov
    Evvelden gozleri gormirdi bunlarin bu zay mesulu getribler .ermeni kimi zay murdarlarin
  • Elşən
    İçimizdəki ermənilərlə mübarizə aparaq yixsa döyüş zonasında