Ru
20:03 / 28 Oktyabr 2019

BDU-da aparılan islahatlardan narahat olanlar var

2279
“Son günlər Bakı Dövlət Universiteti ətrafında bəzi şəxslər əsası olmayan informasiyalar verir, həqiqəti əks etdirməyən yalan xəbərlər yayırlar. Diqqəti çəkən odur ki, bu informasiyaların heç biri BDU-da təhsilin və tədrisin, idarəetmənin keyfiyyəti ilə bağlı məlumatlar deyil”.


Bu barədə BakuPost-a Bakı Dövlət Universitetindən bildirilib.

Məlumatda qeyd olunur ki, daha çox bufet, yeməkxana tipli məsələləri qabardan şəxslərin qərəzi açıq şəkildə görünür: “Bu gün bəzi mətbu orqanlarında “BDU-da qanlı olay - yeməkxananın işçisi bıçaqlandı” başlıqlı yazı reallığı əks etdirmir. Belə ki, xəsarət alan şəxs nə BDU-da təhsil alır, nə də ki, oranın əməkdaşıdır. Hadisə isə ümumiyyətlə BDU-nun inzibati binası daxilində və BDU-nun hər hansı bir yeməkxanasında baş verməyib. Hadisə BDU-nun yaxınlığında baş verib və xəsarət alana ilkin tibbi yardım BDU-nun poliklinikası tərəfindən göstərilib. BDU-nun poliklinikası təkcə universitetin müəllim və tələbə heyətinə deyil, ilkin tibbi yardıma ehtiyacı olan hər kəsə bu xidməti ödənişsiz olaraq göstərir. Görünən odur ki, yaxın günlərdə 100 illik yubileyi qeyd olunacaq ölkəmizin ən böyük və qədim universitetində son 3 ay ərzində tədrisin və təhsilin, idarəetmənin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən islahatlar kimlərisə narahat edir. BDU-da fəaliyyət göstərən yeməkxana və iaşə obyektlərinin heç birinin universitetin rektoru Elçin Babayev ilə əlaqəsi yoxdur və iaşə təşkilatları ilə bağlanmış xidməti müqavilə ilə onlar tərəfindən bu xidmətlər həyata keçirilir. Bütün jurnalistləri istənilən vaxt BDU-ya dəvət edirik və istənilən məlumatı, xəbəri yerində dəqiqləşdirmək, aydınlaşdırmaq imkanı yaradırıq”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər