BDU-dakı zəhərlənmə faktı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

  • 21 Noy 2019 16:03
  • 892 Baxış
BDU-dakı zəhərlənmə faktı ilə bağlı  CİNAYƏT İŞİ AÇILDI
Bakıda Dövlət Universitetin yataqxanasında zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanılıb.

Yasamal rayon Prokurorluğundan BakuPost.az-a verilən məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişinin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.


Qeyd edək ki, Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub.

Hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.