Ru
12:56 / 28 Mart 2021

BDU-nun iki dosenti vəfat etdi FOTOLAR

5079
Bakı Dövlət Universitetinin (BDU) iki dosenti vəfat edib.

Universitetdən "BakuPost"a bildirilib ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının dosenti Azər Mehdi oğlu Şirinov 84 yaşında dünyasını dəyişib.

A.Şirinov 1973-cü ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. 100-dən artıq elmi və publisistik məqalənin, 5 kitabın müəllifidir.

BDU-nun Biologiya fakültəsinin dosenti Pünhan Mustafa oğlu Əfəndiyev 83 yaşında dünyasını dəyişib. P.Əfəndiyev 1967-ci ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb. O, geobotanika, bitki morfologiyası, Azərbaycan florası sahəsində elmi-tədqiqat işləri aparıb. 67 elmi məqalənin, 3 metodiki göstəricinin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.

Allah rəhmət eləsin!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər