BDU rektorunun müşaviri işdən çıxarıldı

645
 
Bakı Dövlət Universitetinin (BDU) rektorunun müşaviri işdən çıxarılıb.

Müvafiq əmrlə kimya elmləri doktoru, professor İsmayıl Əliyev ali məktəbin rektorunun ümumi məsələlər üzrə müşaviri vəzifəsindən azad edilib.

Onun işdən çıxarılması bir neçə gün əvvəl olub və bununla bağlı əmri həmin dövrdə BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıb.

Qeyd edək ki, İ.Əliyev 2014-cü ildən bu vəzifədə çalışırdı. Onu müşavir vəzifəsinə BDU-nun həmin dövrdə rektoru olan akademik Abel Məhərrəmov təyin etmişdi.

İ.Əliyev BDU redkorunun müşaviri olmaqla yanaşı universitetin Həyat fəaliyyəti təhlükəsizliyi kafedrasının müdiri vəzifəsini də tuturdu. O, hazırda kafedra müdiri vəzifəsində qalır.  (Report)


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər