Ru
10:17 / 17 İyun 2020

ECMO-ya qoşulan Bəhram Bağırzadədən son xəbər - Həkim danışdı

4288
“Ötən gün və gecə ərzində əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməyib”.

Vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan 13 iyunda Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülən və ağciyər toxumasının 90 faizindən çoxunun zədələnməsi səbəbindən EKMO cihazına qoşulan Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı Hospital rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev "BakuPost"a məlumat verib:

Həkimin sözlərinə görə, əməkdar artistin vəziyyəti stabil-kritik ağır olaraq qalır. "Bununla yanaşı ötən gün ərzində laborator analizlərdə, qan qazlarının qatılığında və digər həyati vacib göstəricilərdə ciddi dəyişiklik müşahidə edilməmişdir. Hal-hazırda həkimlərin təyinatlarına uyğun olaraq müalicə prosesi davam etdirilməkdədir.“

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub.
Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

Məlumat üçün qeyd edək ki, ECMO ekstrakorporal membran oksigenləşmə cihazıdır. Cihaz ağciyər və ürəyin funksiyalarını 2-3 həftə əvəz etmə qabiliyyətinə malik olduğundan həkimlərə müalicə prosesində vaxt qazanmağa imkan verir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər