Ru
22:41 / 28 Dekabr 2020

Bəhram Bağırzadənin anası koronavirusa yoluxdu FOTO

2722
Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin anası koronavirusa yoluxub.

"BakuPost" xəbər verir ki, bu barədə B.Bağırzadə özü məlumat verib.

Onun sözlərinə görə, anası - 74 yaşlı Tahirə Əfəndiyeva komaya düşüb və hazırda ağır vəziyyətdədir.

Əməkdar artist anasına təcili qan köçürülməsinin lazım olduğunu bildirib.

Xatırladaq ki, bir müddət əvvəl - Əməkdar artist Bəhram Bağırzadənin özü də koronavirusa yoluxmuşdu. Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub. Müalicələrdən sonra B.Bağırzadə sağalıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər