13:45 / 25 İyun 2019
Bəhram Bağırzadə dövlət televiziyasından imtina etdi
2617
Əməkdar artist Bəhram Bağırzadə AzTV-də veriliş aparacağını söyləmişdi.
Bakupost xəbər verir ki, o, "Media.az"-a müsahibəsində kanalla olan müqaviləsini pozduğunu söyləyib.
"Təəssüflər olsun ki, AzTV ilə müqaviləmi ləğv etdim. Proqramımı yeni və daha kreativ telekanalda yaradacağam”.
Qeyd edək ki, Bağırzadənin verilişinin adı "Bəhram +” adlanır.