Belarus milli futbol komandası Danimarka ilə matç üçün yola çıxarkən Polşa sərhədində 12 saat saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə MK.ru məlumat yayıb.
Məlumata görə, şənbə günü keçiriləcək oyun üçün yola düşən Belarus millisi neytral zonada bir saat yarım vaxt keçirib, daha sonra isə izah olunmayan səbəblərdən Polşa sərhəd keçid məntəqəsində 12 saat yubadılıblar.
Fakt Belarus Futbol Assosiasiyasının yaydığı bəyanatda rəsmən təsdiqlənib.
Yaranmış situasiya ilə əlaqədar assosiasiya matçın keçiriləcəyi yerə maddi-texniki təminatı asanlaşdırmaq məqsədilə əvvəlcədən sifariş edilmiş Varşava-Kopenhagen xüsusi reysinin vaxtını təcili olaraq dəyişdirmək məcburiyyətində qalıb.
Məlumata görə, milli sərhəddə yaşanan problemlərlə əlaqədar 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Danimarka ilə oyun üçün yola düşməkdə xeyli gecikib. Seçmə oyuna ümumi səfər müddəti artıq 18 saatı ötüb. İdmançılar hələ də Varşavaya gedib Kopenhagenə uçmalıdırlar.
Qeyd edək ki, ardıcıl dörd məğlubiyyətə uğrayan Belarus yığması dünya çempionatına vəsiqə şansını vaxtından əvvəl itirərək C qrupunun sonuncu pilləsində qərarlaşıb.