Ru
18:42 / 27 Oktyabr 2020

Bərdəyə raket atıldı: 4 nəfər həlak olub, çox sayda yaralı var (YENİLƏNDİ 3)

8098
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində yaralananların sayı 13 nəfərə çatıb.


Raket atəşi nəticəsində ölənlərin sayı isə 4 nəfərdir. ("Report")

***

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 4-ə çatıb.


Ölənlər Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır. ("Report")

***

“Ermənistan silahlı qüvvələrinin Bərdəyə xain raket hücumu nəticəsində 3 mülki şəxs ölüb, 10 nəfər yaralanıb”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

“Xəsarət alanlar arasında qadınlar və uşaqlar var. Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistanın Müdafiə Nazirliyi sərt hücumlar ediləcəyi barədə bəyanat vermişdi. Bununla onlar mülki şəxsləri – uşaqları və qadınları nəzərdə tuturdu”, - deyə H. Hacıyev qeyd edib.



Bərdəyə raket atıldı: 4 nəfər həlak olub, çox sayda yaralı var  (YENİLƏNDİ 3)
Bərdəyə raket atıldı: 4 nəfər həlak olub, çox sayda yaralı var  (YENİLƏNDİ 3)
Bərdəyə raket atıldı: 4 nəfər həlak olub, çox sayda yaralı var  (YENİLƏNDİ 3)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər