Ru
23:18 / 11 Noyabr 2019

Berlində II Dünya Müharibəsindən qalmış bomba zərərsizləşdirilib

1605
Almaniyanın paytaxtı Berlinin Hellersdorf rayonunda İkinci Dünya Müharibəsi vaxtından qalmış 250 kq çəkiyə malik bomba zərərsizləşdirilib.


BakuPost-un
xarici mediaya istinadən məlumatına görə, bu barədə Berlin polisi özünün özünün "Twitter"dəki səhifəsində bildirib.


Qeyd edilir ki, bomba yerli vaxtla saat 14:53-də partladılaraq zərərsizləşdirilib. Zərərsizləşdirmə əməliyyatı müvəffəqiyyətlə başa çatıb. "Məhdudlaşdırıcı tədbirlər dayandırılıb və Hellersdorf sakinləri öz evlərinə qayıda bilərlər", - "Twitter"də bildirilir.

Daha əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, rayonda təxminən 13 min nəfər bombanın zərərsizləşdirilməsi işləri ilə əlaqədar təxliyyə ediləcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər