Ru
17:54 / 27 Avqust 2019

Berlinin mərkəzində sifarişli qətl - Siyasi qalmaqal

7059
Berlinin Kiçik Zoopark adlanan ərazisində ağır cinayət törədilib. 


BakuPost xəbər verir ki, Berlin kriminal polisi tərəfindən verilən qeyri-rəsmi məlumata görə, 23 avqust cümə günü, günorta saatlarında velosiped sürən naməlum şəxs parkdakı bir kişiyə yaxınlaşaraq başına atəş açıb. Yoldan keçənlər dərhal hadisə yerinə polis çağırıblar və bir neçə saatdan sonra şübhəli şəxs saxlanılıb. 

Axşam saatlarında velosipedçinin atəş açdığı silah hadisə yerindən bir neçə yüz metr məsafədəki göldən dalğıclar tərəfindən tapılaraq çıxarılıb. Eyni yerdən bir velosiped də tapılıb.

Hazırda baş prokuror tərəfindən iş üzrə istintaq aparılır. Təqsirləndirilən şəxs 49 yaşlı Rusiya vətəndaşıdır (kişinin yanında pasportu və pulu olub). 

"Bild”-in verdiyi məlumata görə, dindirilmə zamanı saxlanılan şəxs ifadə verməkdən imtina edib və "Rusiya səfirliyinin nümayəndəsi ilə danışmaq istəyirəm" deyib.

Qətlə yetirilən mərhum - 40 yaşlı  Zəlimxan - Rusiya Federasiyası tərəfindən terrorçu kimi axtarışda olub. Milliyyətcə çeçendir, çeçen müharibəsində rus qoşunlarına qarşı vuruşub. Zəlimxanın yaxınlarının dediyinə görə, 2009-cu ildə Rusiyada onu öldürmək istəyiblər. Sonra o, Gürcüstana köçüb. Daha sonra isə Almaniyaya gələrək sığınacaq istəyib və istəyinə nail olub.

Bütün təfərrüatları müqayisə etdikdən sonra müstəntiqlər qətlin sifarişli ola biləcəyi qənaətinə gəliblər və sifarişin Rusiya hökuməti tərəfindən verildiyini düşünürlər.

 

Elçin Mirzəyev
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər