“Beynəlxalq Bank”ın səhmləri satılıb

404
 
"Bakı Fond Birjası”nda 14 martda "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmlərinin alqı-satqısı üzrə 1 əqd bağlanılıb.

Təkrar bazarda bankın hər birinin nominal dəyəri 0,27 manat olan 50 minlik (13 500 manatlıq) səhm paketi satılıb. Alqı-satqıda iştirak edən tərəflər haqda məlumat açıqlanmır.

Xatırladaq ki, "Azərbaycan Beynəlxalq Bankı”nın səhmlərinin 91,40%-i Maliyyə Nazirliyinə, 3,76%-i Əmlak Məsələri Dövlət Komitəsinə, 0,11%-i "Aqrarkredit” QSC-yə, 0,32%%-i hüquqi və 4,42%-i fiziki şəxslərə məxsusdur. (Finans.az)


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər