Ru
10:37 / 12 Avqust 2020

“Beynəlxalq Gənclər Günü” layihəsi keçirildi - Video

11313

Bakı Gənclər Mərkəzi “12 avqust - Beynəlxalq Gənclər Günü” video-layihəsini həyata keçirib.

12 avqust – Beynəlxalq Gənclər Günüdür. Gənclik inkişaf, ümid, yenilik, gələcək deməkdir. Müsbət sosial dəyişikliklərlə, ədalət və sülh dünyasının əsasını qoymaq üçün kifayət qədər güclü potensiala malik olan gənclər bütün dövrlərdə cəmiyyətin aparıcı qüvvəsi sayılıb. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı və “Yeni dövrün yeni könüllüləri”nin iştirakı ilə “12 avqust Beynəlxalq Gənclər Günü” video-layihəsi həyata keçirilib.
Layihə çərçivəsində Bakı Gənclər Mərkəzi könüllüləri müxtəlif dillərdə - türk, ispan, italyan, fransız, ingilis, rus, portuqal və alman dillərində təbriklər səsləndirməklə dünya gənclərini birlik, dostluq devizi altında birləşməyə səslədi.

Qeyd etmək lazımdır ki, Bakı Gənclər Mərkəzinin 100-dən çox könüllüsü müxtəlif silsilə tədbirlərdə iştirak edərək bacarıqlarını nümayiş etdirirlər.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər