Ru
15:54 / 19 Oktyabr 2020

“Beynəlxalq təşkilatlar Ermənistana qarşı təzyiqləri artırmalıdır” - Elçin Əmirbəyov

1609

“Ermənistan Azərbaycan xalqına qarşı etnik təmziləmə siyasəti həyata keçirir. Onlar Azərbaycanın 20 faiz ərazisini işğal edib. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib”.

“BakuPost” xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib.

O bildirib ki, Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həll olunmasını gözləyib:

“Lakin əfsuslar olsun ki, Ermənsitan qeyri-konstruktiv mövqe göstərərək, münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. Azərbaycan konstruktiv mövqe nümayiş etdirsə də Ermənsitan təxribatlara əl atdı. Bu gün də Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətlərini törətməkdə davam edir. Paşinyan da öz sələflərində heç nə ilə fərqlənməyib və xalqmıza qarşı müharibə cinayətlrəinin törədilməsinə davam edib. Ermənistanın bütün bu çirkin əməllərinə baxmayaraq Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasının mümkünlüyünü bildirdi. Lakin Ermənistan son iki atəşkəs razılaşmasını pozaraq Azərbaycanın mülki əhalisini atəşə tutdu. Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutdu. Gəncədə faciə yaşandı. Beynəlxalq təşkilatlar Ermənistanın bu vandalizm hərəkətlərinin qarşısını almalıdır və onlara qarşı təzyiqləri artırmalıdır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər