Ru
02:47 / 05 Avqust 2020

Beyrutda partlayış: onlar qayıdırmı? - OPERATİV ŞƏRH

2791
"Beyrutda partlayış nəticəsində 70-dən çox ölü, 4 minə yaxın yaralı var. Hadisənin terror olub-olmadığı hələ məlum deyil, amma ən diqqətçəkən məqam bunun İŞİD-in “məhv edilməsi”ndən, daha doğrusu “yoxa çıxmasın”dan sonra bölgədə ən böyük təlafata səbəb olan hadisə olmasıdır. Bu terrordumu, əgər terrordusa, hansı təşkilat üzərinə götürəcək? İŞİD diriləcəkmi, yaxud yeni terror təşkilatı peyda olacaq? Bu sualların cavabı hələ ki bəlli deyil, lakin bu qədər təlafata səbəb olan hadisənin baş verməsi, özü də Livanda olması təbii k, təsadüf deyil".

"BakuPost"xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı söyləyib.



O bildirib ki, Livan İranın bölgədəki ən güclü silahı olan Hizbullahın əsas mərkəzidir:

"Harriri hökumətindən sonra qurulan yeni hökumət böyük ölçüdə Hizbullahın təsirindədir. Bu, bölgədə İranın təsirini daha da artırır, xüsusilə ABŞ-ın Suriyadan “çıxması” fonunda...

Əslində partlayışın terror olduğu ehtimalı üzərindən çıxış etsək, prosesə ABŞ-ın bölgədən dırnaqarası çıxması kontekstindən baxmalıyıq.

Yaxın Şərqi ABŞ-sız təsəvvür edə bilmədiyimiz dövrdə Vaşinqton qəfil geri çəkildiyini açıqladı. Reallığın bu olmadığı məlum idi, amma ABŞ bölgədə aktivliyini zəiflətdi. Ardınca İŞİD-in “məhv edildiyi” elan olundu.



ABŞ-ın “geri çəkilməsi”nin əsas səbəblərindən biri bölgədə ona qarşı Rusiya-Türkiyə-İran üçlüyünü bölmək idi, çünki maraqları uzlaşmayan bu üçlüyü birləşdirən yeganə amil ABŞ-ın varlığı idi. Belə də oldu.

Vaşinqton “geri çəkilən”dən sonra Türkiyə və Rusiya Suriyada, ardınca Liviyada üz-üzə gəldi, İran da öz maraqları istiqamətində hərəkət edir. Faktiki olaraq, bölgədə ABŞ-a qarşı güclü ittifaq artıq əvvəlki qədər təhlükəli deyil. ABŞ-ın üçlüyün dağılmasına qədər səbr edəcəyi və bu şəraitin yetişdiyi vaxt bölgəyə dönəcəyi gözlənilən idi".



Asif Nərimanlının sözlərinə görə, hazırda mənzərə ABŞ-ın maraqlarına uyğun görünür: Suriyada tərəflər – Rusiya, Türkiyə və İran əvvəlki kimi masada anlaşa bilmir:

"Bu kontekstdə isə “Beyrut partlayışı bölgədə yeni terror dalğasının – “vəkalət savaşı”nın ayaq səsləridirmi” sualı aktuallıq qazanır.

Təlafatın Hizbullaha yaxın hökumətə ciddi problemlər yaradacağı qaçılmazdır. Suriyadan “çəkilməklə” üçlüyü maraq toqquşmasına sürükləyən Vaşinqtonun Hizbullaha, əslində İrana Livanın içində cəbhə açacağı da istisna deyil.



Hadisənin ABŞ-da prezident seçkilərindən öncə olması da diqqət çəkir. Demokratların dövründə Yaxın Şərqdə əsas silaha çevrilən terror respublikaçıların dövründə “aradan çıxdı”. Trampın seçki ilə bağlı vəziyyəti o qədər də ürəkaçan deyil. Demokratlar hay-küyləmi gəlir? Bunu yaxın vaxtlarda hadisələrin inkişafı göstərəcək..."
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər