Ru
09:49 / 05 Avqust 2020

Beyrutdakı partlayışda azərbaycanlılar yaralanıb?

2559
“Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansısa məlumat daxil olmayıb”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib.

Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında paytaxtdakı limanda dayanan gəmilərdən birində baş verib. Partlayış o qədər güclü olub ki, 200 km-ə qədər aralıdan belə səsi eşidilib. Hadisə zamanı 100-ə yaxın insan ölüb, 4 mindən artıq yaralı var.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər