Ru
12:01 / 20 Aprel 2019

“Bəzi alimlər şou xarakterli təkliflər vermişdi” – Dil Komissiyasının üzvü

3056
Xəbər verdiyimiz kimi, Baş nazir Novruz Məmmədovun qərarına əsasən, Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənən  "Azərbaycan dilinin orfoqrafiya qaydaları” ləğv edilib və yeni Normaların təsdiqlənib.


BakuPost bununla bağlı Dövlət Dil Komissiyasının üzvü, dilçi alim, professor İsmayıl Məmmədlidən açıqlama alıb. Professor bildirib ki, dəyişikliklər onun təklifləridir və məqsəd Azərbaycan dilini daha da milliləşdirməkdir: "Bizim dilimiz qədim dildir, "Dədə Qorqud”dan bəri elə də böyük dəyişiklik olunmayıb. Sadəcə, xırda məsələlərdə dəyişiklik olunub. Məsələn, iki "s” ilə bitən təkhecalı sözlər bir "s” ilə yazılacaq”.


Komissiya üzvü bildirib ki, dəyişikliklərlə bağlı xeyli təkliflər olub, amma onlar nəzərə alınmayıb:  "Başqa təkliflər də verən var idi, onların təklifləri şou xarakterliydi. Bəzi alimlər dilə ciddi yanaşmayıblar. Xalqın dilinə, xalqın taleyinə hamı hörmət göstərməli, əməl etməlidir. On aydır ki, bunları müzakirə edirdik. Mən o vaxt Ağamusa Axundova da dedim ki, biz 116 paraqrafı azaldıb 36 paraqraf eləmişik. Bu qaydalar akademiklər üçün deyil, orta məktəb şagirdləri, jurnalistlər, təhsil sistemi üçündür. Biz sadə dildə öyrətməliyik, axı təzə məktəbə gedən uşaq bunu necə bilsin? Bizim məqsədimiz dilimizi təmizləməkdir. Həsən Bəy Zərdabi, Mirzə Fətəli dəyişdirə bilir, biz yox? Dil zənginləşdikcə müəyyən dəyişiklik olmalıdır”.

 

Elşad

BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər