Azərbaycanda bəzi şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq.
Bakupost.az xəbər verir ki, Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasında avtonom nəqliyyat vasitəsinə nəzarət edən şəxslərdən sürücülük vəsiqəsinin tələb olunmamasından bəhs olunub.
Qanunvericiliyə "avtonom nəqliyyat vasitəsi" anlayışı daxil edilir. Sözügedən məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb.
Layihədə qeyd olunur ki, "avtonom nəqliyyat vasitəsi" insan müdaxiləsi olmadan və ya minimal müdaxilə ilə ətraf mühiti müəyyən edə və təhlükəsiz şəkildə hərəkət edə bilən nəqliyyat vasitələridir.
Həmçinin avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək üçün sürücülük vəsiqəsi tələb olunmayacaq.
Bundan başqa, bildirilir ki, avtonom nəqliyyat vasitəsinin texniki parametrləri imkan verdiyi halda onun bilavasitə idarə edilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.
Gəncə
Xəbəri yazanda elə yazın ki, hərkəs anlasın. Məşədi İbad demişkən Tarixi Nadiri yarıyacan oxymuşam Amma sizin yazdığınızdan bir şey anlamadım. Avtonom nəqliyyat vasitəsi yazarkən nəyi nəzərdə tuturdu? Velosiped, skuter, Motorsklet, samokat və ya nə?
Avtonom nədir və nə ucundu
Yollarımız və yol nişanlarımıza yəni bu qədər güvənirsiniz ki bu qərarı verirsiz. Şəhərin mərkəzində elə küçələr var ki bu küçələrin kəsişməsində heç bir tərəfdə yol nişanı yoxdur. Elə o maşınlar orda çaşıb qalacaq. Məndən deməsi...