Ru
11:52 / 01 Aprel 2019

Biabırçı videoya görə 5 nəfər saxlanıldı - Aralarında qızlar da var / TƏFƏRRÜAT

9966
 

Qızların çilpaq videosunun yayılması ilə bağlı hadisənin təfərrüatları bəlli olub.

 

Nəsimi Rayon Polis İdarəsindən daxil olan məlumata görə, hazırda hadisənin bütün iştirakçıları 3 qız və 2 kişi idarədə izahat verirlər.


İlkin olaraq məlum olub ki, hadisə Səngəçal qəsəbəsində yerləşən bağ evində baş verib. Belə ki, olayın "qəhrəmanı” Cahid Kərimov adlı şəxs yeni aldığı "Range Rover” markalı 90 SA 888 nömrəli avtomobili "yumaq” üçün məclis təşkil edib. Və həmin məclisə 2 illik tanışı olan Xatirə adlı qızı dəvət edib. Xatirə tədbirə iki rəfiqəsini də götürərək qatılıb. Onlar normadan artıq viski qəbul ediblər və içkinin təsiri altında Cahidi təklifi ilə soyunaraq meyxana deyiblər. 


Qızlar polisə ifadələrində videonun yayılmasından ciddi narahatlıq keçirdiklərini, buna görə şikayətçi olduqlarını bildiriblər. Qızlardan biri hətta nişanlı olduğunu, yaxın aylarda ailə quracaqlarını qeyd edib. Eyni zamanda, onlar Cahid və İsrafillə cinsi əlaqədə olmadıqlarını da əlavə ediblər. 


Polisdən bildirilib ki, izahatları alındıqdan sonra qızlar sərbəst buraxılacaq. Hadisənin kişi iştirakçıları ilə bağlı isə araşdırmalardan sonra müvafiq tədbir görüləcək. 


Hadisə ilə bağlı yaxın dəqiqələrdə DİN rəsmi açıqlama yayacaq.


İdarədən redaksiyaya eyni zamanda vurğulanıb ki, həmin şəxslərdən birinin döyülməsi ilə bağlı foto həqiqəti əks etdirmir. ("Qafqazinfo”)

 

* * *  

 


Dünəndən 3 qızın çılpaq videosunun yayılması ilə bağlı ölkə gündəminə çevrilən xəbər hüquq-mühafizə orqanlarını hərəkətə gətirib.


Artıq hadisənin bütün iştirakçıları saxlanılıb. Belə ki, videoda yer alan 2 kişi və 3 qadın Nəsimi rayon Polis İdarəsinə gətirilib.


Eyni zamanda, videoda göstərilən avtomobil də cərimə meydançasına aparılıb. Hadisənin doğurduğu rezonans Daxili İşlər Nazirliyinin rəhbərliyinin müdaxiləsinə də səbəb olub. Həmin şəxslərin elə dünən saxlanılması ilə bağlı qərar verilib. Hazırda hadisə araşdırılır.


Bu arada videonu yayıb çəkən şəxsin naməlum şəxslər tərəfindən döyüldüyünü və üzündən ciddi xəsarət aldığını əks etdirən foto da yayılıb. Həmçinin, avtomobilin cərimə meydançasına aparıldığını göstərən və onun sənədləri ilə bağlı faktlar da mərbuatda dərc olunub.


Mövzu ilə bağlı bu saatlarda DİN-in rəsmi açıqlama yayacağı gözlənilir.


Qeyd edək ki, dünən ilkin olaraq votsap vasitəsi ilə yayılan və bir gün ərzində bütün ölkədə müzakirə olunan  görüntülərdə 3 gənc xanım tamamilə lüt şəkildə videoya çəkilib. Onlar içkinin təsiri altında meyxana deyərək rəqs ediblər. Qızları lentə alan şəxsin isə xanımları içki içməyə təhrik etdiyi aydın görünür. (Qafqazinfo.az)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər