Ru
23:16 / 05 Noyabr 2019

Bibiheybətdə iki avtomobil toqquşdu: üç nəfər yaralandı

1494
Bakıda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost
“Report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Bibiheybət qəsəbəsi ərazisində qeydə alınıb.


Belə ki, qəza nəticəsində 1986-cı il təvəllüdlü Mustafayev Elşən Hüseynağa oğlu, 1937- ci il təvəllüdlü Abdulova Səkinə Kamal qızı və 1989-cu il təvəllüdlü Əliyeva Gülnarə Elman qızı xəsarət alıblar.


Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.


M.Elşənə qapalı kəllə-beyin travması, A. Səkinəyə sağ dizinin əzilməsi və sağ göz orbitasının hematoması, Ə. Gülnarəyə isə sağdan ikinci barmağının əzilməsi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər