Ru
20:28 / 20 Aprel 2019

Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır

1732
Aparılan
təmir-tikinti işləri ilə əlaqədar olaraq aprel ayının 20-dən 21-nə keçən
gecədən etibarən 21-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi
Xurşudbanu Natəvan küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa
müddətlik məhdudlaşdırılacaq.


 

BakuPost.az xəbər
verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

  Məlumata görə,
sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Yəhyə Hüseynov və
Rəşid İsmayılov küçələri ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq
sözügedən küçələrə yönəldiləcək.

Sözügedən
ərazidə sıxlıq yaşanması deyə məhdudlaşmanın tətbiq edildiyi ərazidə yaşayan
vətəndaşların avtonəqliyyat vasitələrindən başqa digər avtomobillərin
sürücülərindən alternativ göstərilən yollardan istifadə etmələri xahiş olunur.

"Yarana
biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını
xahiş edir", - deyə məlumatda qeyd olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər