12:41 / 09 Sentyabr 2021

Biləsuvarda su üsyanı: əhali susuz qalıb, aidiyyəti qurumlar heç nə etmir - VİDEO

2654
Biləsuvar rayonun bir çox kəndi susuzluqdan əziyyət çəkir.

Bu barədə rayonun İsmətli kəndinin sakinləri Bakupost.az -a müraciətində bildiriblər:

“Kənddə 7 minə yaxın insan yaşayır. İçməyə 1 qram suyumuz yoxdur. İcra nümayəndəsi Mübariz Mürsəlovla, kəndin bələdiyyə sədri Zaur Seyfiyev ancaq öz şəxsi problemləri ilə məşğuldurlar. Heç bir problemi həll etmirlər. Dəfələrlə icra nümayəndəsinə zəng edirik, amma cavab vermir. Kənd camaatı adından Prezidentə müraciət edib, kömək istəyirik”.

Məsələ ilə bağlı Biləsuvar rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.


İH-dən Bakupost.az –ın sorğusuna cavab olaraq bildirildi ki, bunun səbəbi Araz çayında su səviyyəsinin kəskin düşməsidir:

“Araz çayında su səviyyəsinin kəskin düşməsi səbəbindən Biləsuvar rayonuna da verilən suyun həcmində azalma var. Suyun səviyyəsinin azalması da əhalinin tələbatını tam təmin etməyə çatmadığı üçün müəyyən çətinliklər yaranır. Bunu nəzərə alaraq, rayonun yeganə su təminatı mənbəyi olan Cənub Muğan kanalına verilən su Biləsuvar rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən müəyyən olunmuş qrafik əsasında kəndlər üzrə bölüşdürülür. İsmətli kəndi də su ilə mövcud qrafik əsasında təmin olunur”.

Camaat isə İH-in dediklərini təkzib edir.

Bildirilər ki, kanallarda olan sular yalnız vəzifəli şəxsləri ərazilərinə axıdılır. Bununla bağlı rayonda demək olar ki, hər gün etiraz aksiyaları keçirilir.


Aygün Nəbiyeva
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Hərbi pensiyaçı

    Bəlkə Araz quruyacaq! Bunların alternativ planları yoxdur?

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər