18:25 / 14 Sentyabr 2021

Bilik Günü nə vaxt qeyd olunacaq?

942
Pandemiya şəraiti ilə əlaqədar Azərbaycanda yeni tədris ilinin başlama tarixi dəyişdirilsə də, Bilik Günü ənənəvi qaydada sentybarın 15-də qeyd olunacaq.

Bakupost.az xəbər verir ki, “Report”un rəsmi qurumlardan əldə etdiyi məlumata görə, sabah Bilik Günü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək, yeni məktəblərin açılışı nəzərdə tutulub.

Pandemiyaya görə tədbirlər məhdud çərçivədə keçiriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.

Pandemiya şəraiti ilə əlaqədar Azərbaycanda 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Belə ki, ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər