Ru
16:45 / 16 Sentyabr 2019

Bilik gününü Cocuq Mərcanlıda qeyd etdi - FOTO / VİDEO

2413

Yeni tədris ilinin başlanması ilə əlaqədar ölkənin bütün orta tədris məktəblərində ilk dərs günü qeyd edilib.


BakuPost.az xəbər verir ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsindəki orta məktəbdə bu mərasim xüsusilə maraq kəsb edib. Azərbaycanın tanınmış müğənnisi Sevinc Musayeva tədbirdə iştirak edərək, vətənpərvərlik mövzusunda mahnılar ifa edib, mərasimə xüsusi ovqat qatıb.


O, jurnalistlərə açıqlamasında bildirib ki, yeni bəstələdiyi “Mənim əziz müəllimim” mahnısını məhz cəbhə bölgəsində səslənməsi üçün Cocuq Mərcanlıya gəlib. 2 gün Fizuli və Cəbrayıl rayonlarının təmas xəttində oluduğunu vurğulayan S. Musayeva bu tədris ilində belə bir tədbirə qatılmasından qürur duyduğunu və tez-tez bu bölgələrə səfər edəcəyini bildirib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər