Ru
17:19 / 24 May 2019

Binəqədi İcra Hakimiyyəti “Azəriqaz”ı məhkəməyə verdi

2194
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin "Azəriqaz” İctimai Birliyinə qarşı təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi ilə bağlı iddia ərizəsinə baxılıb.


Hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia ərizəsi geri qaytarılıb. Buna səbəb iddia ərizəsinə cavabdeh "Azəriqaz” tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin alınması barədə sənədin əlavə edilməməsi olub.


Qeyd edək ki, icra hakimiyyəti "Azəriqaz”a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə hesablanmış 20976 manat borc öhdəliyinə xitam verməklə iddia müddəti ötmüş borc kimi silinməsi barədə qətnamə çıxarılmasını xahiş edib. (ONA)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər